HerStory.az

Stalin repressiyalarında bir şairin yoldaşı: Şükriyyə

Her Story Season 2 Episode 8

Bu podkast 1937-ci il repressiyalarının qurbanı, Azərbaycanın milli şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin sarsıdıcı və heyrətamiz həyat hekayəsini işıqlandırır. Gənc yaşlarında böyük bir sevgi ilə Cavadın həyat yoldaşı olan Şükriyyə, sovet totalitarizminin ən qaranlıq illərində ərinə sədaqətindən dönmədən, ağır sürgün və əmək düşərgələrində səkkiz il keçirir. O, nəinki Cavadın adını, həm də onun ləyaqətini qoruyur, övladlarına sahib çıxır, xalqına dönür və həyatının sonuna qədər onun irsinin yaşadılması üçün mübarizə aparır. Bu, təkcə bir qadının yox, həm də bir xalqın yaddaşını daşıyan əsl fədakarlıq və sədaqət hekayəsidir.  

Səsləndirdi: Pakizə Rüstəmova  

Musiqi: 

 Əhməd Cavad, Üzəyir Hacıbəyov - Azərbaycan Himni 

Əhməd Cavad, Azər Zeynalov - Şükriyyə 

Əhməd Cavad, Azərin - Çırpınırdı Karadeniz 

Follow us on IG: @herstory.az