HerStory.az

Hüseyn Ərəblinskinin Sirr Dolu Həyatı

Nərmin Ağazadə Season 1 Episode 10

 “Qadın rolunu oynamaq üçün böyük kişilik gərəkdir.” 
Bığlarını kəsdiyinə görə onu daş-qalaq edirlər, səhnəyə qadın obrazında çıxdığına görə onun evinə atəş açırlar, onu ictimai yerlərdən qovurlar… O ac  qalır, rütubətli və soyuq daxmada vərəm xəstəliyi keçirir, ancaq həyatının işini atmır. Çünki sənətə xidməti seçmiş insan bu yoldan heç vaxt dönə bilməzdi. 
Azərbaycan teatrı tarixində ikinci bir adam yoxdur ki, həyatı, həmçinin ölümü də bu qədər sirlərlə dolu olsun.

Bu layihəyə patreon.com/herstoryaz səhifəsi vasitəsilə dəstək ola bilərsiniz.

Musiqi: Ədalət Vəzirov -Mən səni araram, Fikrət Əmirov N.Vəzirovun - "Müsibəti Fəxrəddin" dramına yazılmış musiqi, Üzeyir Hacıbəyov - "Leyli və Məcnun" operası, Əfrasiyab Bədəlbəyli"Leyli və Məcnun" operasından fraqment, 60-cı illərin sonu, Üzeyir Hacıbəyli -Leyli və Məcnun operası

Səsləndirdi: Nərmin Ağazadə (19, Azərbaycan)

Follow us on IG: @herstory.az