HerStory.az
Tarix Azərbaycanlı qadının gözü ilə.
Inspiring change & celebrating the resilience
info@herstory.az
est.2017
HerStory.az
Şuşadan Berlinə: Xeyriyyəçi, Ictimai Xadim Və Sadəcə Şahzadə Mehparə
Şahzadənin uşaqlığı və gəncliyi Sankt-Peterburqda keçirdi. O, burada qızlar gimnaziyasını bitirmiş, olduqca müasir, mədəni, öz dövrünü qabaqlamış gənc bir xanım idi. Almanca, fransızca, rusca və farsca çox gözəl yazıb oxuyur, yaxşı piano çalırdı.
O, 1931-ci ildə Berlin Türk xanımlar klubunu qurur. Bundan başqa, şahzadə Berlin Elm və Sənət cəmiyyətinin, Şərq İslam cəmiyyətinin, Berlin İslam cəmiyyətinin fəxri sədri və üzvü idi. Şahzadə Mehparə Qırmızı Xaç təşkilatının üzvü olur və Qırmızı Xaçın “Ləyaqət” ordeni ilə təltif olunur.
Şahzadə Berlindəki bütün rəsmi dəvətlərdə iştirak edir və diplomatik bülletendə adı “Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi şəklində” qeyd olunur.
Bu layihəyə patreon.com/herstoryaz səhifəsi vasitəsilə dəstək ola bilərsiniz.
Musiqi: Fikrət Əmirov - Fleyta və Piano üçün Altı Parça, Xan Şuşinski - Şuşanın dağları, Qara Qarayev - Yeddi gözəl - Aişənin rəqsi, Tofiq Quliyev - Vals, Adil Bəbirov - Prelude və Scherzo
Səsləndirdi: Nərmin Həsənova (22, Azərbaycan)
Follow us on IG: @herstory.az